Advert
Advert

Hörmüz boğazına alternativ keçid təklif olunur

Tarix:
Hörmüz boğazına alternativ keçid təklif olunur
Reklam

Dubayda yerləşən “Znera” memarlıq şirkəti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün Hörmüz boğazına alternativ yeni “strateji su dəhlizi” konsepsiyası təklif edib.

Reyting.az xəbər verir ki, müəlliflərin fikrincə, “Birlik boğazı” kimi tanınan dəniz yolu davamlı ticarəti, iqtisadi şaxələndirməni və bütün uzunluğu boyunca yeni şəhər ərazilərinin inkişafını təmin edəcək bir növ “milli onurğa”ya çevrilə bilər.

“Getdikcə daha da mürəkkəbləşən qlobal reallıqda sual artıq yalnız böyümə ilə bağlı deyil, həm də nəzarət, davamlılıq və uzunmüddətli mövqeləndirmə ilə əlaqəlidir. İnanırıq ki, yeni dizayn bu səviyyədə rol oynaya, təkcə şəhərlərin deyil, həm də bütün millətlərin strateji gələcəyinin formalaşmasında iştirak edə bilər”, - “Znera”nın əməkdaşları qeyd ediblər.

Oman və İran arasında yerləşən Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Dərinliyi və eni hətta ən böyük neft tankerlərinin də keçməsinə imkan verir. 2025-ci ilin birinci yarısında oradan gündə təxminən 20,9 milyon barel neft daşınıb ki, bu da qlobal neft istehlakının təxminən beşdə birinə bərabərdir. Lakin Yaxın Şərqdə son zamanlar hərbi münaqişənin kəskinləşməsi fonunda bir çox ölkə alternativ marşrutu nəzərdən keçirməyə başlayıb.

Y. Qacar
 

Reklam