Hörmüz boğazında təxminən 400 gəmi İran hakimiyyətindən icazə almaq üçün gözləyir.
Reyting.az xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatına görə, İranın boğazı qismən blokadaya alması səbəbindən hazırda bölgədə təxminən 2000 gəmi bağlanıb və dost ölkələrdən yalnız az sayda gəminin keçməsinə imkan yaradılır.
Hesabatda deyilir ki, dəniz kəşfiyyatı şirkəti “Windward”-ın məlumatına görə, təxminən 400 gəmi qonşu Oman körfəzindədir.
Qeyd olunur ki, digər gəmilər Asiya və Avropaya yük daşımaq üçün Süveyş kanalına yönləndirilib və ya Cənubi Afrikadakı Ümid burnu ətrafında daha uzun marşrutla hərəkət ediblər.
Xatırladaq ki, bundan əvvəl “Politico” ABŞ-nın 1 apreldə İrana qarşı əməliyyatın başa çatdığını elan edəcəyini bildirmişdi.
R. Rəcəbov