Skeptiklər çox vaxt uçan naməlum obyektləri (UNO) ABŞ, Çin və ya Rusiyanın gizli inkişafları hesab edirlər.
Reyting.az xəbər verir ki, bu barədə “The Hill” nəşri respublikaçı konqresmen Tim Burçetə istinadla yazıb.
Bununla belə, qeyd olunur ki, Çin və ya Rusiya hərbçilərinin oxşar qurğuları olsaydı, onlar çoxdan istifadə edərdilər.
Konqresmenin fikrincə, belə qurğular həm də amerikalı ola bilməz, əks halda ABŞ ordusunun yarım milyard dollarlıq təyyarələrdə döyüşərək həyatlarını riskə atmasının mənası olmazdı.
Tim Burçet hökumətdən UNO-lar haqqında məlumatların dərcini tələb edir.
V. Quliyev