Advert
Advert

Hökmdarlar təqvimlərdən hakimiyyətlərini legitimləşdirmək üçün istifadə ediblər

Tarix:
Hökmdarlar təqvimlərdən hakimiyyətlərini legitimləşdirmək üçün istifadə ediblər
Reklam

İlk Mayya hökmdarları öz hakimiyyətlərini legitimləşdirmək məqsədilə mürəkkəb təqvim sistemindən geniş istifadə ediblər. Arxeoloqlar bu nəticəyə yeni elmi tədqiqatlar əsasında gəliblər.

Reyting.az-ın "The Insider" nəşrinə istinadən verdiyi məlumata görə, tədqiqatçılar arxeoloji qazıntılar zamanı mühüm elmi məlumatlar əldə ediblər. Alimlərin sözlərinə görə, Meksikanın El-Palmar şəhərində aşkarlanan və eramızın 180-ci ilinə aid edilən stela üzərindəki yazılar göstərir ki, Mayya hökmdarlarının əksəriyyəti taxta çıxmalarını və digər mühüm mərasimləri müqəddəs zaman anlayışı ilə əlaqələndirərək özlərini xalq qarşısında kosmik nizamın ayrılmaz hissəsi kimi təqdim ediblər.

Fotoqrammetriya və yüksək dəqiqlikli 3D skan texnologiyası vasitəsilə oxunan, zamanla silinmiş yazılar El-Palmar sülaləsinin əsasən II əsrin əvvəllərində formalaşdığını və təxminən 700 ildən artıq mövcud olduğunu təsdiqləyib.

Tədqiqatçıların fikrincə, Mayya sülalələri hakimiyyətlərini möhkəmləndirmək üçün təqvimlərdən, dini simvollardan və ictimai mərasimlərdən geniş şəkildə istifadə edib, eyni zamanda özlərinin müqəddəs hökmdar obrazını formalaşdırıblar.

Oqtay Qorçu
 

Reklam