Hindistana neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan təxminən 40 gəmi Yaxın Şərqdəki münaqişə səbəbindən iki aydan çoxdur Hörmüz boğazında gözləyir.
Reyting.az-ın məlumatına görə, bunu Hindistanın Gəmiçilik Nazirliyindən “The Times of India” qəzetinə bildiriblər.
Qeyd olunur ki, ABŞ və İranın danışıqlar masasına tez qayıtması və Yaxın Şərq münaqişəsinə son qoyulması Hindistanın təcili ehtiyac duyduğu yüklərin Hörmüz boğazı vasitəsilə daşınmasına imkan verəcək.
Nazirlik əlavə edib ki, Hörmüz boğazında gəmiçiliyin blokadasından təsirlənən hər bir ölkə kimi, Hindistan da Yaxın Şərqdəki müharibənin tez başa çatacağına ümid bəsləyir.
Məlumata görə, Hindistana neft, LNG, gübrə və digər təcili yüklər çatdıran 13 Hindistan bayrağı altında üzən gəmi və bir neçə onlarla xarici gəmi Hörmüz boğazında ilişib qalıb.
V. Quliyev