Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu gün Böyük Britaniyaya səfərı planlaşdırılıb.
Reyting.az “Anadolu” agentliyinə istinadla bildirir ki, bu barədə agentliyə Xarici İşlər Nazirliyindəki mənbələrdən məlumat verilib.
Deyilir ki, H. Fidan aprelin 23-24-də Londonda Böyük Britaniyanın Xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi İvet Kuper, parlament üzvləri və digər rəsmi şəxslərlə görüşəcək.
Nazir Londona səfəri çərçivəsində Oksford Universitetində Qlobal Tarix Mərkəzi və Qlobal Nizam Proqramının təşkil etdiyi tədbirdə çıxış edəcək, Böyük Britaniyada yaşayan Türkiyə vətəndaşları və biznes nümayəndələri ilə görüşəcək.
Y. Qacar