Dünyanın ən xoşbəxt şəhərlərinin yeni reytinqi açıqlanıb. "Happy City Index 2026" siyahısında ilk yeri Danimarkanın paytaxtı Kopenhagen tutub. Şəhər reytinq cədvəlində 6954 bal toplayaraq lider olub.
Reyting.az xəbər verir ki, ikinci yerdə 6919 balla Helsinki, üçüncü yerdə isə 6882 balla Cenevrə qərarlaşıb.
Qeyd edək ki, yeni reytinq bu il müxtəlif ölkələri təmsil edən 466 beynəlxalq tədqiqatçının iştirakı ilə hazırlanıb. Qiymətləndirmə zamanı 64 göstərici nəzərə alınıb. Bu göstəricilər arasında təhsilin səviyyəsi, mənzil əlçatanlığı, səhiyyə, ekologiya, iqtisadi inkişaf və nəqliyyat sistemi yer alıb.
İlk yeddilikdə həmçinin Uppsala, Tokio, Trondheim və Bern şəhərləri də qərarlaşıb.
Ekspertlər xüsusi vurğulayıblar ki, ilk 50-likdə yer alan şəhərlərin 39-u Avropanın payına düşür. Bu fakt qitənin yaşayış keyfiyyəti baxımından üstün mövqeyini bir daha nümayiş etdirir.
Reytinqdə ən çox şəhərlə təmsil olunan ölkə isə İsveç olub.
Maraq doğuran məqamlardan biri də odur ki, siyahıda Rusiya Federasiyasının iri şəhərləri deyil, yalnız Çelyabinsk yer alıb. Bu şəhər 5306 bal toplayaraq 218-ci pillədə qərarlaşıb.
Dünyanın ən xoşbəxt 25 şəhəri:
1. Kopenhagen
2. Helsinki
3. Cenevrə
4. Uppsala
5. Tokio
6. Trondheim
7. Bern
8. Malmö
9. Münhen
10. Orhus
11. Sürix
12. Barselona
13. Espoo
14. Oslo
15. Haaqa
16. Ballarat
17. Olborq
18. Yokohama
19. Luqano
20. Reykyavik
21. Yönköpinq
22. Sinqapur
23. Qrenobl
24. Ştutqart
25. Paris.

Oqtay Qorçu