Avropalı alimlər millimetr dalğalı radar və süni intellektə əsaslanan, uçan kiçik həşəratları tanıya bilən yeni sistem hazırlayıblar. Bu sistem arı, arıquşu və şan arılarını qanad hərəkətlərinə görə təxminən 85 faiz dəqiqliklə fərqləndirə bilir.
Reyting.az-ın məlumatına görə, tədqiqatçılar araşdırma zamanı 30 GHz tezlikli müasir radar vasitəsilə həşəratların uçuş siqnallarını analiz edərək 70-dən çox xüsusiyyəti müəyyən ediblər. Model laboratoriya şəraitində ümumi qrupları 96 faiz, növləri isə 85 faizə qədər dəqiqliklə tanıyıb.
Alimlər qeyd ediblər ki, bu texnologiya geniş imkanlar açır və yaxın gələcəkdə 5G/6G şəbəkələri vasitəsilə ekoloji monitorinqin aparılmasında istifadə oluna bilər.
Oqtay Qorçu