Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Pənahov Elvin Məhəmməd oğlu kəskin miokard infarktı nəticəsində vəfat edib.
Reyting.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.