Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Reyting.az "Report"a istinadla bildirir ki, hadisə rayonun Borsunlu kəndinin ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Ford" markalı mikroavtobusla eyni markalı minik avtomobilli toqquşub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.