Dünyanın müxtəlif ölkələrində yerləşən bir sıra fərdi ev və iqamətgahlar qeyri-adi xüsusiyyətlərinə görə Ginnesin Rekordlar Kitabına düşüblər.
Reyting.az xəbər verir ki, Rusiyanın Ostrovtsı kəndində inşa edilən dördmərtəbəli Fil Evi dünyanın ən böyük fil formasında tikilmiş evi kimi tanınıb. Məhz özünəməxsus memarlıq üslubuna görə bu tikili rekordlar kitabına daxil edilib.
Hindistanın Mumbay şəhərində yerləşən və hindistanlı iş adamı Mukeş Ambaniyə məxsus "Antilia" dünyanın ən böyük şəxsi evlərindən biri hesab olunur. Təxminən 37 min kvadratmetr sahəsi olan bu möhtəşəm iqamətgah da Ginnes rekordu sahiblərindəndir.
Polşada inşa edilən Keret Evi isə dünyanın ən ensiz evi kimi rekord qazanıb.
Alman memar Van Bo Le-Mentzelin layihəsi əsasında tikilmiş, cəmi 1 kvadratmetr sahəsi olan ev isə dünyanın ən kiçik evi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Böyük Britaniyada yerləşən Vindzor qəsrinin ümumi sahəsi 46 min kvadratmetrdən çoxdur. Minlərlə otağı olan bu tarixi kompleks dünyanın ən böyük yaşayış qəsri kimi Ginnesin Rekordlar Kitabında yer alır.



Oqtay Qorçu