Advert
Advert

Gənclərin işsizlik problemi artır 

Tarix:
Gənclərin işsizlik problemi artır 
Reklam

ABŞ-da bəzi ixtisaslar üzrə məzunların iş tapması getdikcə daha da çətinləşir. 2024-cü ildən yeni məzunların sırasında işsizlik səviyyəsi 5,6 faiz, ali təhsili olmayan gənclər arasında isə 7,8 faiz təşkil edib.

Reyting.az-ın məlumatına görə, yeni hesabatda bildirilir ki, ən yüksək işsizlik səviyyəsi antropologiya sahəsi üzrə məzunlarla bağlı qeydə alınıb - 7,9 faiz. Məlum olub ki, ABŞ-da gənc nəslin hələ də böyük maraq göstərdiyi bu tarixi, eləcə də müasir araşdırma sahəsində orta illik maaş təxminən 45 min dollardır. 

Digər ixtisaslarla müqayisə edəndə kompüter mühəndisliyi çox yüksək maaşlı sahələrdən biri olsa da (təxminən 90 min dollar), buradakı işsizlik 7, 8 faizdir. 

Təsviri incəsənət (7,7%), kompüter elmləri və səhnə sənətləri üzrə məzunlar da iş tapmaqda çətinlik çəkirlər.

Mütəxəssislər bildiriblər ki, hazırda belə bir mürəkkəb dövrdə texnologiya sektorunda 2022–2024-cü illərdə baş verən ixtisarların nəticələri, eyni zamanda, 2026-cı ildə süni intellektin sürətli inkişafı ABŞ gənclərinin əmək bazarına daxil olmasını çətinləşdirib.

Oqtay QORÇU
 

Reklam