Gəncə şəhərində 27 yaşlı kişinin meyiti tapılıb.
Reyting.az APA-ya istinadla bildirir ki, hadisə şəhərdəki evlərin birində qeydə alınıb.
Şəhər sakini 1999-cu il təvəllüdlü V. Sadıxovun meyiti yaşadığı evdən aşkar edilib.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Mərhumun meyiti müayinə olunmaq üçün “Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.