Advert
Advert

Füzulidə yol qəzası: ölən və yaralılar var

Tarix:
Füzulidə yol qəzası: ölən və yaralılar var
Reklam

Füzuli rayonunda “ВАЗ” və "Mercedes" markalı iki minik avtomobili toqquşub.

Reyting.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə rayonun Bala Bəhmənli kəndi yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 

Reklam