Advert
Advert

Füzulidə 15 kiloqram narkotik vasitə aşkar edilib

Tarix:
 Füzulidə 15 kiloqram narkotik vasitə aşkar edilib
Reklam

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Telman Nəsirov və Elşad Məhərrəmovu saxlayıblar.

Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.

Məlumata görə, saxlanılan şəxslərə məxsus nəqliyyat vasitəsindən 15 kiloqram marixuana və 2970 ədəd psixotrop tərkibli metodon həbi aşkar edilib. Saxlanılan şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
 

Reklam