Advert
Advert

Futbolçu mövsümün qalan hissəsini oynaya bilməyəcək

Tarix:
Futbolçu mövsümün qalan hissəsini oynaya bilməyəcək
Reklam

"Liverpul"un sağ cinah oyunçusu Məhəmməd Salah üçün mövsüm erkən sona çatıb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.

Misirli oyunçu Premyer Liqanın "Kristal Pelas"la (3:1) oyunda aldığı bud əzələsi zədəsi səbəbindən mövsümün qalan hissəsini oynaya bilməyəcək.

33 yaşlı cinah oyunçusunun sağalması üçün təxminən 4 həftə vaxt lazım olacaq. Salahın 2026-cı il dünya çempionatına qədər sağalması gözlənilir.

Qeyd edək ki, Salah bu mövsümün sonunda "Liverpul"dan ayrılacaq. Cari mövsüm o, Premyer Liqada 39 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.(Matc.az)


 

Reklam