Advert
Advert

Fransada isti havalar minlərlə insanın ölümünə səbəb olub

Tarix:
Fransada isti havalar minlərlə insanın ölümünə səbəb olub
Reklam

Fransada bir həftə ərzində anomal istilər səbəbindən 2000-dən çox insan həyatını itirib.

Reyting.az-ın məlumatına görə, Fransanın səhiyyə naziri Stefani Rist bu barədə iyulun 3-də TF1 televiziya kanalında məlumat verib.

22-28 iyun tarixləri arasında ilkin məlumatlar təxminən 2025 əlavə ölüm halını göstərir. 

Rist vurğulayıb ki, qiymətləndirmə alınan ölüm şəhadətnamələrinin yalnız 60 faizinə əsaslanır, ona görə də yekun rəqəm dəyişə bilər.

Rist həmçinin qeyd edib ki, ölkədə son istilər zamanı 45 yaşdan yuxarı vətəndaşlar arasında ölüm hallarında nəzərəçarpacaq artım müşahidə olunub.

V. Quliyev
 

Reklam