UEFA Çempionlar Liqasının final oyunu zamanı Fransanın paytaxtı Parisdə PSJ-nin (Paris Sen-Jermen) bəzi azarkeşləri iğtişaşlar törədiblər.
Reyting.az xəbər verir ki, azarkeşlər polislərə fişənglər atdıqdan sonra hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə almaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Son məlumata görə, Fransa polisi 416 nəfəri saxlayıb.
İğtişaşlar zamanı ən azı 12 nəfərin (7-si polis əməkdaşı) yaralandığı bildirilir.
Saxlanılanların və yaralı sayının artma ehtimalı var.
V. Quliyev