Filippinin cənubundakı Mindanao bölgəsində baş verən 7.8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayının 45 nəfərə çatdığı bildirilir.
Reyting.az xatırladır ki, zəlzələ iyunun 8-də baş verib.
Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Mülki Müdafiə İdarəsi (OCD) zəlzələnin vurduğu itkilərlə bağlı açıqlama yayıb.
Bəyanatda zəlzələ səbəbindən 45 nəfərin öldüyü, 630 nəfərin yaralandığı və 17 nəfərin itkin düşdüyü bildirilir.
Qeyd edək ki, “Sakit Od Həlqəsi” kimi tanınan zəlzələ və vulkanik qurşaq boyunca yerləşən Filippində tez-tez güclü zəlzələlər baş verir.
V. Quliyev