Finlandiyada dünyanın ən böyük kruiz laynerlərindən biri sınaq səfərinə çıxır.
Reyting.az Finlandiya mətbuatına istinadla bildirir ki, yeni gəmi Turku şəhərində hazırlanıb və onun uzunluğu 365 metr, sərnişin tutumu isə 5600 nəfərlikdir.
Laynerin iyul ayından Aralıq dənizi boyu səyahətə başlayacağı da bildirilib.
Məlumata görə, rekord göstəriciyə sahib olan yeni gəmi qış mövsümünü Karib bölgəsində keçirəcək, daha sonra isə yay mövsümü üçün yenidən Avropa sahillərinə qayıdacaq.
Oqtay Qorçu