Advert
Advert

FİFA prezidenti qalmaqal fonunda açıqlama verib

Tarix:
FİFA prezidenti qalmaqal fonunda açıqlama verib
Reklam

FİFA prezidenti Canni İnfantino ABŞ milli komandasının hücumçusu Folarin Baloqunla bağlı vəziyyətə münasibət bildirərək təşkilatın məhkəmə orqanlarının müstəqilliyini vurğulayıb.

Reyting.az-ın məlumatına görə, jurnalist Ben Jacobs “X” sosial şəbəkəsində bildirib ki, İnfantino FİFA-nın intizam qurumlarının yalnız intizam kodeksinin müddəalarına və hər bir fərdi işin hallarına əsasən müstəqil şəkildə fəaliyyət göstərir.

"FIFA-nın məhkəmə orqanları müstəqil fəaliyyət göstərir, FIFA İntizam Məcəlləsini tətbiq edir. Tətbiq olunan qaydalara və işin konkret hallarına əsasən işlər üzrə qərarlar qəbul edirlər. Onların müstəqilliyi futbolun etibarı və bütövlüyü üçün vacibdir və buna həmişə hörmət edilməlidir", - deyə FIFA prezidenti qeyd edib.

V. Quliyev
 

Reklam