Advert
Advert

Fidan: Türkiyə Aİ-dən obyektiv yanaşma gözləyir

Tarix:
Fidan: Türkiyə Aİ-dən obyektiv yanaşma gözləyir
Reklam

Avropa Birliyinə üzvlük Ankara üçün strateji məqsəd olaraq qalır.

Reyting.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) xarici siyasət idarəsinin rəhbəri Kaja Kallas və Aİ komissarları ilə danışıqlardan sonra bildirib.

Fidan öz müraciətində yazıb: "Bu gün ölkəmizdə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Kaja Kallas, Genişlənmə üzrə Avropa Komissarı Marta Kos, Daxili İşlər və Miqrasiya üzrə Avropa Komissarı Maqnus Brunneri qarşıladıq. Aİ üzvlüyü ölkəmiz üçün strateji məqsəd olaraq qalır. Biz Aİ ilə münasibətlərimizi bu anlayışa əsaslanaraq inkişaf etdirməyə hazırıq. Aİ-nin də Türkiyə ilə münasibətlərini obyektiv meyarlar və ləyaqət əsasında, heç bir ayrı-seçkilik olmadan inkişaf etdirməsini gözləyirik".

H. Fidan ümid etdiyini bildirib ki, Avropa Komissiyasının üç mühüm üzvünün birgə səfəri ilə Türkiyə-Aİ münasibətlərini istənilən səviyyəyə çatdırmaq mümkün olacaq.

Onu da qeyd edək ki, təmaslar zamanı tərəflər mövcud regional və qlobal məsələləri, ilk növbədə Yaxın Şərqdəki vəziyyəti və Rusiya-Ukrayna münaqişəsini qiymətləndiriblər.

E. Kamal
 

Reklam