Advert
Advert

Fidan: Ərdoğan və Tramp arasındakı münasibətlər NATO-da gərginliyi azalda bilər

Tarix:
Fidan: Ərdoğan və Tramp arasındakı münasibətlər NATO-da gərginliyi azalda bilər
Reklam

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO Zirvəsi və regional gündəmlə bağlı fikirlərini bölüşüb.

Reyting.az-ın məlumatına görə, Hakan Fidan bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.

Nazir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında mövcud olan şəxsi münasibətlər NATO daxilində fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verə bilər.

Onun sözlərinə görə, bu münasibətlər təkcə Ankara və Vaşinqton üçün deyil, bütövlükdə NATO-nun maraqları baxımından da mühüm əhəmiyyət kəsb edir.

Hakan Fidan qeyd edib ki, Donald Trampın alyansla bağlı tənqidi mövqeyinə baxmayaraq, Ankara sammiti çərçivəsində keçiriləcək texniki müzakirələrin problemsiz keçəcəyinə inanır.

Nazir Avropanın təhlükəsizliyi məsələsinə də toxunaraq bildirib ki, NATO qitənin müdafiəsində mühüm rol oynayır. Onun fikrincə, Avropa İttifaqı daxilində müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi NATO qarşısında götürülmüş öhdəliklərlə ziddiyyət təşkil etməməlidir.

Hakan Fidan, həmçinin Türkiyənin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. Bununla yanaşı, o, yaxın perspektivdə sülh danışıqlarının başlanacağı ilə bağlı nikbin olmadığını bildirib.

Nazir ABŞ və İran arasında əldə olunan anlaşma memorandumu barədə də danışaraq qeyd edib ki, tərəflər siyasi iradə nümayiş etdirsələr də, nüvə proqramı və sanksiyalar kimi məsələlər gələcək danışıqların əsas mövzuları olaraq qalır.

E. Kamal
 

Reklam