Yaxın Şərqdəki atəşkəs İsrailin şiddətli hücumlarına məruz qalan Livana da şamil edilməlidir.
Reyting.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Fidan Ankarada suriyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib:
"Ümid edirik ki, atəşkəs rejiminə Livan da daxil olmaqla, yerdə tam şəkildə əməl olunacaq və bu proses davamlı sülhə gətirib çıxaracaq".
Fidan həmçinin müharibə edən tərəfləri İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda "barışdırıcı" yanaşma tətbiq etməyə çağırıb.
O əlavə edib ki, Pakistanda başlayacaq danışıqlarda tərəflərin barışdırıcı, çevik, səbrli və konstruktiv mövqe tutması da vacibdir.
E. Kamal