Advert
Advert

Evdən 8000 manatlıq qızıl oğurlanıb

Tarix:
 Evdən 8000 manatlıq qızıl oğurlanıb
Reklam

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq olub.

Reyting.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar. 

Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.

Araşdırma aparılır.
 

Reklam