Advert
Advert

Eskobarın 80 "kokain nəhəngini" evtanaziya edəcəklər 

Tarix:
Eskobarın 80
Reklam

Kolumbiya, ölkənin ekosistemləri üçün təhlükə yaradan və invaziv növ hesab edilən təxminən 80 suaygırının evtanaziyası planını təsdiqləyib.

Reyting.az “Reuters”-ə istinadla xəbər verir ki, 2026-cı ilin ikinci yarısında başlayacaq proqram, 1980-ci illərdə narkobaron Pablo Eskobar tərəfindən idxal edilən dörd suaygırından gələn heyvanların sürətlə artan populyasiyasını nəzarətdə saxlamağı hədəfləyir.

Hazırda ölkədə təxminən 200 fərd var. Hakimiyyət orqanları xəbərdarlıq edirlər ki, müdaxilə edilməsə, onların sayı 2035-ci ilə qədər 1000-ə çata bilər. Bu isə su ekosistemləri, lamantinlər və çay tısbağaları kimi növlər də daxil olmaqla yerli faunaya ciddi ziyan vurar.

Evtanaziya ilə yanaşı, köçürülmə və təcrid tədbirləri də nəzərdən keçirilir, lakin sterilizasiya da daxil olmaqla əvvəlki nəzarət cəhdləri təsirsiz olub.

Bu qərar mübahisələrə səbəb olub, ətraf mühit qrupları bunu zəruri, heyvan hüquqları fəalları isə qəddar adlandırıblar.

V. Quliyev
 

Reklam