Advert
Advert

Ermənistanda Türkiyənin bayrağı yandırılıb

Tarix:
Ermənistanda Türkiyənin bayrağı yandırılıb
Reklam

Ermənistanın paytaxtı İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyənin dövlət bayrağı yandırılıb.

Reyting.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" nəşri məlumat yayıb.

Qeyd olunur ki, tədbir iştirakçıları yürüşdən əvvəl Türkiyə bayrağını yandırıblar, yürüşün ön sıralarında isə keşişlər yer alıb. Yürüş iştirakçılarının bayrağı yandırması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
 
Baş nazir Nikol Paşinyan baş verən hadisəni pisləyib. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, Paşinyan bu addımı məsuliyyətsiz və yolverilməz hesab edib.

"Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu ölkənin bayrağının yandırılması dövlət rəhbəri tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq şəkildə təxribat xarakterli və gərginliyi artırmağa yönəlmiş davranışdır", - Baqdasaryan Paşinyanın mövqeyini səsləndirərkən vurğulayıb.

Bəzi ekspertlər isə İrəvanda Türkiyənin dövlət bayrağı yandırılmasını radikal qrupların gərginliyi artırmağa yönəlmiş davranışı kimi qiymətləndirir.

Onların sözlərinə görə, ermənilərin bu hərəkəti radikallığın, milliyyətçiliyin, faşizm ideologiyasının Ermənistan cəmiyyətinə hakim kəsilməsinin bariz nümunəsidir.

V. Quliyev
 

Reklam