Ermənistan Parlamenti seçici rüşvətinə görə cəzaları sərtləşdirən qanunvericilik düzəlişlərini son oxunuşda qəbul edib.
Reyting.az Ermənistan mediasına istinadla bildirir ki, qanunvericilik dəyişiklikləri mayın birinci yarısında - 7 iyunda keçirilən parlament seçkilərindən bir az əvvəl - parlamentin spikeri Alen Simonyan və ölkənin hakim “Mülki Müqavilə” fraksiyasının deputatları Arusyak Culhakyan, Alxas Qazaryan və Vahaqn Aleksanyan tərəfindən müzakirəyə təqdim edilib.
Qəbul edilmiş dəyişikliklərə əsasən, seçki rüşvəti almağa görə həbs cəzası bir ildən üç ilədək, iki ildən beş ilədək, rüşvət verməyə görə isə üç ildən altı ilədək, dörd ildən səkkiz ilədək artırılıb.
Seçki dövründə xeyriyyə ianələrinə qoyulan qadağanı pozmağa görə həbs cəzası üç ildən altı ilədək, dörd ildən səkkiz ilədək artırılıb.
Bundan əlavə, yeni dəyişikliklərə əsasən, seçki rüşvəti almaq və ya verməyə vasitəçiliyə görə məhkum edilmiş şəxslər ömürlük dövlət və ya bələdiyyə vəzifələrində çalışmaqdan məhrum edilirlər.
V. Quliyev