ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsinin üzvləri Cefri Epşteynin şəriki Gisleyn Maksveli əfv edə bilər. Bunun üçün onun məşhur maliyyəçinin cinayət işi ilə bağlı istintaqla əməkdaşlığa razılıq verməsi lazımdır.
Reyting.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Komitənin sədri Komer, Maksveli bu cinayət işində Epsteyndən sonra ikinci ən pis müttəhim adlandırıb. Komerin sözlərinə görə, komitə üzvləri onun əfv olunmasının zəruriliyi ilə bağlı fikir ayrılığına malikdirlər.
Qeyd edək ki, Maksvell əvvəllər müstəntiqlərin suallarına cavab verməkdən imtina edib. Onun vəkili bildirib ki, o, yalnız bir şərtlə danışacaq:
ABŞ Prezidenti Donald Tramp onu əfv etsə.
V. Quliyev