Advert
Advert

Elektrik avtomobillərinin istifadəsində lider hansı ölkədir?

Tarix:
Elektrik avtomobillərinin istifadəsində lider hansı ölkədir?
Reklam

2026-cı ildə də Norveçin şəhərləri elektrik avtomobillərinin yayılmasına görə dünyada öz liderliyini qoruyur. Bu barədə yeni təqdim olunmuş infoqrafikada bildirilir.

Reyting.az-ın məlumatına görə, Oslo 48,9 faizlə ən böyük göstərici ilə birinci yerdə, Bergen şəhəri isə 38,9 faizlə ikinci sıradadır. Bu nəticələr ölkədə tətbiq olunan vergi güzəştləri və ucuz rüsumlar, həmçinin geniş enerjidoldurma şəbəkələrinə sərfəli cəlbetmə ilə izah olunur.

Məlumata görə, artıq Norveçdə yeni satılan avtomobillərin təxminən 82 faizi elektriklidir.

Norveçlə yanaşı, Çində də elektrikli avtomobillər sürətlə artır. Bu ölkənin Şençjen şəhərində avtomobillərin 33,5 faizi elektriklidir. Bu şəhərdə bütün avtobus və taksilər elektriklə işləyir. Çinin Şanxay şəhəri isə təxminən 28 faiz göstərici ilə seçilir. 

Bu il üçün təqdim olunmuş infoqrafikaya görə, Çin ümumilikdə qlobal elektrik avtomobil bazarının lideridir.

Bu sahədə digər Avropa ölkələrinin şəhərlərindən daha çox seçilən Niderlandın paytaxt şəhəri Amsterdam isə irəli çıxa bilib. Amsterdam bu siyahıda 22 faiz göstərici ilə inkişaf etmiş enerjidoldurma infrastrukturu və ölkənin daxilində tətbiq olunan sərt ekoloji qaydaları sayəsində ön sıralardadır.

ABŞ-da lider isə San Fransisko şəhəridir ki, burada da elektrik avtomobillərinin payı 18,5 faizdir. Ekspertlər hesab edirlər ki, belə bir göstəricinin ortaya çıxması Kaliforniya ştatındakı sərt iqlimin təsiri ilə bağlıdır. 

2026-cı ilin infoqrafikasına əsasən, Cakarta kimi şəhərlərdə bu göstərici təxminən 2, 4 faiz həddində olmaqla, indiyə qədər aşağıdır. Lakin bununla belə, Cakarta planlaşdırdığı kimi, tezliklə Çində istehsal olunan elektrik avtomobillərini almaq və bu sahəni inkişaf etdirmək üçün stimullaşdırıcı addımlar atır. 

Oqtay Qorçu


 

Reklam