Advert
Advert

Dünyanın ən təhlükəsiz şəhərləri bəlli olub

Tarix:
Dünyanın ən təhlükəsiz şəhərləri bəlli olub
Reklam

Birləşmiş Ərəb Əmirliklərinin beş şəhəri dünyanın ən təhlükəsiz şəhərləri sırasında yer alıb. 

Reyting.az xəbər verir ki, beynəlxalq "Numbeo" reytinqinə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin ərazisində ən kiçik əmirlik olan Əcman şəhəri dünyanın ən təhlükəsiz şəhəri seçilib. 

Yeni reytinq cədvəlində Abu Dabi ikinci, Ras əl-Xayma üçüncü, Şarja dördüncü, Dubay şəhəri isə altıncı yerdə qərarlaşıb.

Əcmanın liderliyi süni intellekt, o cümlədən  təhlükəsizliklə bağlı analitik tədbirlərlə, ağıllı videomüşahidə sistemləri, həmçinin çevik qabaqlayıcı polis tədbirləri ilə yanaşı, digər təhlükəsizlik sistemlərinin işləkliyi ilə izah olunur. 

Bu reytinqdə yüksək mövqeyə turist patrulları, nəzarəti təmin edən ictimai polis proqramları və yol hərəkətinə ağıllı nəzarət sistemləri də töhfə verib.

Oqtay Qorçu
 

Reklam