Səudiyyə Ərəbistanında inşaatı çox sürətlə davam edən "Jeddah Tower" binası tezliklə dünyanın ən hündür binası olacaq. Yeni göydələnin hündürlüyü bir kilometrdən artıq olacaq. Qüllə 167 mərtəbəli hündürlüyü ilə rekordçu "Burj Khalifa"nı da geridə qoyacaq.
Reyting.az-ın məlumatına görə, 2013-cü ildə başlayan tikinti 2018-ci ildə dayandırılsa da, 2025-ci ildə işlər bərpa olunub. Hazırda tikintidə işlər sürətlə davam edir, eyni zamanda yeni binanın 2028-ci ildə tamamlanıb istifadəyə verilməsi planlaşdırılır.
Dünyanın ən hündür binası olacaq qülləşəkilli göydələndə mənzillər və ofislər, hotel, eləcə də dünyanın ən yüksək müşahidə meydançası yerləşəcək.
Mütəxəssislər bildiriblər ki, layihə Səudiyyə Ərəbistanının "Vision 2030" proqramının ən əsas simvollarından biri hesab olunduğuna görə, tikinti dövlətin prinsipial maraqlarına cavab verən rekord göstəriciyə malik olan bir bina kimi qəbul olunur. Məhz buna görə də göydələn təkcə özəl podratçıların deyil, o cümlədən Səudiyyə Ərəbistanının dövlət rəsmilərinin xüsusi nəzarətindədir.
Oqtay Qorçu