Beynəlxalq Banknot Təşkilatı dünyanın ən gözəl əskinaslarının hansı ölkələrdə olduğunu araşdırıb.
Reyting.az xəbər verir ki, bu il fərqli yenilik olmadığından təşkilatın 2026-cı üçün nəzərdə tutulmuş statistik qiymətləndirilməsinə görə, qalib standarta uyğun olaraq, ancaq dizaynın orijinallığı və müasir təhlükəsizlik elementlərinin vəhdəti əsasında seçilib.
"İlin əskinası-2025" adına layiq görülmüş qulden Niderland Krallığı tərkibində özünü idarə edən Küraçaonun və Sint-Martenin pul vahididir. Əsas mükafatı isə məhz bu iki muxtariyyətdən ibarət olan və özünüidarə edən kiçik bir dövlət kimi tanınan Küraçao ilə Sint-Martenin yeganə pul vahidi sayılan 200 qulden qazanıb.
İkinci yeri Fici ada dövlətinin əskinası olan 5 dollar, üçüncü yeri isə Zambiya ölkəsinin 100 kvaçası tutub.
İlk beşliyə düşən ölkələr arasında Folkland adaları funtu, Papua Yeni Qvineyanın milli əskinası kina da var.
Qeyd edək ki, ötən il ən gözəl əskinasa sahib olan qalib 5 Bermud dolları olmuşdu.



Oqtay Qorçu