Advert
Advert

Dünyanın ağırlıq mərkəzi Pekinə keçir

Tarix:
Dünyanın ağırlıq mərkəzi Pekinə keçir
Reklam

“ABŞ-İran müharibəsi başa çatmayıb. Son illərdə ilk dəfədir ki, ABŞ müharibə apararkən gülünc vəziyyətə düşür. Bu, müəyyən mənada Rusiyanın Ukraynada apardığı müharibənin başqa formasıdır. Qənaətimcə, ABŞ Prezidenti Donald Trump dərin dövlət adamı deyil, daha çox keçmiş SSRİ lideri Mixail Qorbaçova bənzəyir. Çünki onun addımları ABŞ-ın nüfuzunu zəiflədir, dünyanın yeganə hegemonu obrazını sarsıdır”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev ABŞ və Rusiya prezidentlərinin ardıcıl olaraq Çinə səfərlərini şərh edərkən səsləndirib.

Professorun fikrincə, Pekində ABŞ Prezidenti kifayət qədər soyuq qarşılanıb.

C. Nuriyev iddia edir ki, Tayvan məsələsində də ABŞ geri çəkilməli olacaq və adada Çinin təsiri daha da güclənəcək.

Professor hesab edir ki, Donald Tramp ilə Si Cinpin İran məsələsini də müzakirə ediblər:

“Düşünürəm ki, İran Çin üçün strateji əhəmiyyət daşıyan məkandır. Buna görə də Çin problemlərin müharibəsiz həllini dəstəkləyib. Məncə, bütün bu səfərlər Çinin artan beynəlxalq nüfuzunu göstərir. Sanki dünyanın ağırlıq mərkəzi tədricən Pekinə keçir. Bu şəkildə davam edərsə, Çin öz məqsədlərinə nail olacaq”.

Nuriyev əlavə edib ki, Prezident Trampın səfərindən sonra Rusiya Prezidenti Putinin də Pekinə getməsi təsadüfi deyil:

“Qənaətimcə, Rusiya və onun rəhbərliyi Çinin yanında yer alacaq. Baş verənlər göstərir ki, Çin siyasi üstünlüyünü təmin etməkdə qərarlıdır”.

Professor bildirib ki, İran siyasəti ABŞ-ın beynəlxalq nüfuzuna mənfi təsir göstərib:

“Faktiki olaraq İranda hakimiyyət dəyişmədi, bu ölkəyə qoşun yeridə bilmədilər. Hörmüz boğazı isə İranın nəzarətində qaldı. Ümumilikdə, İran kampaniyası nəticəsində dünyada neftin qiyməti artdı. Bu isə ən çox Rusiyanın maraqlarına uyğun oldu”.

Nemət Orucov
Reyting.az
 

Reklam