2025-ci ildə qlobal geyim bazarının gəlir həcmi təxminən 1,75 trilyon dollar təşkil edib. Statistik məlumatlara görə, bu rəqəm dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 1,6 faizinə bərabərdir. Bu sahədə lider mövqedə isə Fransanın “LVMH” şirkəti dayanır.
Reyting.az-ın məlumatına görə, “LVMH”nin bazar dəyəri 367 milyard dollara çatır. Şirkətin sahibi Bernard Arnault dünyanın ən varlı iş adamları siyahısında ilk beşlikdə yer alır.
İkinci yerdə 258 milyard dollar dəyəri ilə “Hermès”, üçüncü yerdə isə 178 milyard dollar bazar kapitallaşmasına malik “Inditex” qərarlaşıb. “Inditex”in əsas səhmdarı Amansio Orteqa da dünyanın ən zəngin şəxsləri sırasında ön sıralarda yer tutur.
Qeyd olunur ki, son illərdə moda sektorunda kapitallaşma baxımından Avropa, xüsusilə Fransa şirkətləri üstünlük təşkil edir. ABŞ daha çox brendə sahib olsa da, qlobal bazarda dəyər və keyfiyyət baxımından Fransanın geyim şirkətləri lider mövqelərini qoruyub saxlayırlar.

Oqtay Qorçu