Əhalisinin böyük hissəsini qadınların təşkil etdiyi ölkə və ərazilər müəyyənləşdirilib.
Reyting.az xəbər verir ki, Dünya Bankının son məlumatları əsasında hazırlanan 2026-cı il siyahısına əhalisinin 54,9 faizini qadınların təşkil etdiyi Honkonq başçılıq edir.
Qadınların əhali arasında ən yüksək paya malik olduğu ilk beşlikdə Makao, Moldova, Latviya və Ermənistan da yer alıb.
Mütəxəssislərin fikrincə, bu fərqin əsas səbəbi qadınların orta hesabla daha uzun ömür sürməsi ilə bağlıdır. Bununla yanaşı, əhalinin yaşlanması, miqrasiya axınları və digər demoqrafik amillər də gender balansına ciddi təsir göstərir.
İnfoqrafikə əsasən, əks vəziyyət Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələrində müşahidə olunur. Bu ölkələrdə kişi əmək miqrasiyasının yüksək olması səbəbindən əhali arasında kişilər üstünlük təşkil edir.
Ekspertlər vurğulayırlar ki, dünyanın əksər ölkələrində qadın və kişi nisbəti səhiyyə, miqrasiya, əhalinin yaşlanması və digər sosial-demoqrafik amillərin birgə təsiri nəticəsində formalaşır.

Oqtay Qorçu