Əbu-Dabi hakimiyyəti İran pilotsuz təyyarəsinin qalıqlarının düşməsi və ardınca baş verən yanğından sonra Habşan qaz kompleksindəki əməliyyatları dayandırıb.
Reyting.az xəbər verir ki, yerli mətbuat bu barədə məlumatı departamentə istinadla yayıb.
Departamentdən bildiriblər ki, hava hücumundan müdafiə sistemləri dronu zərəsizləşdirsələr də, qalıqlar kompleksin üzərinə düşüb. Xəsarət alan olmayıb.
Habşan kompleksi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əsas təbii qaz istehsalı və emalı mərkəzlərindən biridir. Burada qaz elektrik enerjisi istehsalı, alüminium və polad istehsalı da daxil olmaqla əsas sənaye sahələri, duzsuzlaşdırma zavodları və şəhər şəbəkəsi üçün istifadə olunur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qurğuların işində hər hansı bir pozuntu, hətta qısamüddətli olsa belə, Fars körfəzi bölgəsində qaz təchizatı üçün riskləri artıra və dolayı yolla qlobal bazarda qaz və mayeləşdirilmiş təbii qaz qiymətlərinə təsir göstərə bilər.
Habşan, ADNOC Gas tərəfindən idarə olunan dünyanın ən böyük inteqrasiya olunmuş qaz emalı komplekslərindən biridir.
V. Quliyev