Advert
Advert

Dövlətlər qızıl ehtiyatlarını ABŞ-dan geri çəkirlər

Tarix:
Dövlətlər qızıl ehtiyatlarını ABŞ-dan geri çəkirlər
Reklam

Avropa mərkəzi bankları ABŞ-da saxlanılan qızıl ehtiyatlarını geri çəkməyə başlayıblar. Ekspertlər hesab edirlər ki, qızıl ehtiyatının geri qaytarılması prosesinin sürətlənməsi ABŞ-ın nüfuzuna zərbə vurmaqla yanaşı, bu ölkəni çətin vəziyyətlə üz-üzə qoya bilər.

Reyting.az xatırladır ki, 2026-cı ilin mart ayında Fransa Respublikasının Mərkəzi Bankı ölkəyə məxsus və ABŞ rezervində saxlanılan qızıl ehtiyatlarının repatriasiyasını başa çatdırdığını açıqlamışdı. Daha sonra Fransa ABŞ-da qalan son 129 ton qızıl külçəsinin də ölkəyə qaytarıldığını təsdiqləmişdi.

Məlumata görə, Avropanın digər ölkələri də ABŞ-dakı qızıl ehtiyatlarını geri çəkirlər. Almaniya, Niderland və Avstriya kimi dövlətlər ehtiyatlarının bir hissəsini artıq geri gətiriblər və qalan hissənin qaytarılması ilə bağlı müzakirələr aparırlar. Macarıstan isə bütün qızıl ehtiyatlarını ölkə daxilində cəmləyərək onların həcmini əhəmiyyətli dərəcədə artırıb.

Ekspertlərin fikrincə, sürətlə genişlənən bu tendensiya ABŞ-ın qlobal maliyyə sistemindəki qarant roluna ciddi təsir göstərir və dolların etibarlılığı ilə bağlı suallar yaradır.

Qeyd olunur ki, qızılın ölkə daxilində saxlanması həm təhlükəsizlik, həm də iqtisadi risklərin azaldılması ilə izah edilir.

Mütəxəssislərin sözlərinə görə, ABŞ-da saxlanılan qızıl ehtiyatlarını geri qaytaran ölkələrin sayı getdikcə artır və bu proses Avropa ilə məhdudlaşmır. Afrika və Yaxın Şərq ölkələri də oxşar addımlar atmağa başlayıblar ki, bu da qlobal maliyyə sistemində dəyişikliklərin baş verdiyini göstərir.

Ekspertlər hesab edirlər ki, bu prosesin davam etməsi ABŞ iqtisadiyyatına və ölkənin etibarlılıq imicinə mənfi təsir göstərə bilər.

Oqtay Qorçu
 

Reklam