Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Cəbrayıl, Ağdaş və Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.
Reyting.az-ın xəbərinə görə, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətiriliblər.
Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.