Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib ki, Fransa Avropada aparıcı rol oynamağa çalışır.
Reyting.az xəbər verir ki, bu barədə yerli elektron media məlumatlar paylaşıb.
Məlumatda qeyd olunur ki, Paris Vaşinqtonu əvəz etmək istəyir, lakin Fransa prezidenti Emmanuel Makron yeni Napoleon Bonaparta çevrilməyəcək: “Makrona nə qədər Napoleonun şlyapasını geyindirməyə çalışsan da, o, yenə də papaq ola bilməyəcək. Ona görə də bunlar sadəcə olaraq yersiz və pafoslu cəhdlərdir”.
Qeyd edək ki, bundan əvvəl Makron ABŞ-ın gələcəkdə Avropanı müdafiədən imtina edəcəyini açıqlamışdı.
E. Kamal