Advert
Advert

Dörd ölkəyə qarşı böyük koalisiya yaranır

Tarix:
Dörd ölkəyə qarşı böyük koalisiya yaranır
Reklam

Türkiyədə keçiriləcək NATO sammitində alyansın 32 üzvündən əlavə daha 10 ölkənin nümayəndəsi iştirak edəcək.

Reyting.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

Baş katib qeyd edib ki, Ankarada daha 10 ölkə NATO-nun sammitinə qoşulacaq.

Onun sözlərinə görə, bu, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi 42 ölkənin koalisiyasıdır. 

Rutte “Fox News”-a müsahibəsində deyib ki, bu birlik D. Trampın rəhbərlik etdiyi 42 ölkənin simasında nəhəng güclə qarşılaşan dörd digər dövlətə - Çin, Şimali Koreya, İran və Rusiyaya qarşıdır.

Qeyd edək ki, NATO-nun zirvə görüşü 7-8 iyul tarixlərində Ankarada keçiriləcək.

Y. Qacar
 

Reklam