Advert
Advert

Din xadimi Leyla Əliyevaya müraciət ünvanlayıb

Tarix:
Din xadimi Leyla Əliyevaya müraciət ünvanlayıb
Reklam

QMİ-nın Qazılar Şürasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib. Hacı Tahir Abbasov Leyla Əliyevaya Uca Allahdan möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xalqımızın rifahı naminə həyata keçirdiyi işlərdə yeni-yeni uğurlar arzulayıb.

Reyting.az xəbər verir ki, din xadiminin müraciətində deyilir: 

“Leyla Əliyevanın uzun illər ərzində həyata keçirdiyi humanitar və xeyriyyəçilik fəaliyyəti, şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, aztəminatlı ailələrə, uşaqlara və ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğı cəmiyyətdə yüksək qiymətləndirilir. Onun Heydər Əliyev Fondunun vitse-prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, milli-mənəvi irsin qorunması, tarixi-mədəni abidələrin bərpası və sosial layihələrin icrası istiqamətində gördüyü işlər Azərbaycanın inkişafına mühüm töhfələr verir”.

Hacı Tahir Abbasov daha sonra yazıb: 

“Leyla Əliyevanın Gəncəyə səfərləri şəhər sakinlərinin yaddaşında xoş və unudulmaz xatirələrlə qalıb. O, Gəncənin müqəddəs dini ocaqlarından olan “İmamzadə” Ziyarətgah Kompleksini ziyarət edərək burada dualar edib, ziyarətgahın tarixi və mənəvi əhəmiyyəti ilə yaxından tanış olub. Həmçinin Şah Abbas Məscidini ziyarət etməsi onun milli-mənəvi dəyərlərimizə və dini irsimizə göstərdiyi yüksək ehtiramın növbəti təzahürü kimi yadda qalıb”.

Din xadimi həmin görüşləri minnətdarlıq hissi ilə xatırlayır: 

“Leyla Əliyevanın səmimiyyəti, sadəliyi, insanlara sevgisi və milli-mənəvi dəyərlərə bağlılığı hər kəsdə dərin hörmət hissi yaradır.

Uca Allaha dua edərək Leyla Əliyevaya möhkəm cansağlığı, firavan ömür, ailə səadəti və xalqımızın rifahı naminə həyata keçirdiyi xeyirxah fəaliyyətində yeni nailiyyətlər arzulayıram”. 

Hacı Tahir Abbasovun müraciəti Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya,  dövlətimizə və xalqımıza dualarla başa çatır.
 

Reklam