Advert
Advert

Devrilmiş prezidentin kadrlarını həbs edirlər

Tarix:
Devrilmiş prezidentin kadrlarını həbs edirlər
Reklam

Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodrigez Nikolas Maduronun devrilməsindən sonra hakimiyyətin ən yüksək dairələrində “təmizləmələr” aparıb.

Reyting.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadla məlumat yayıb.
 
Bildirilir ki, hakimiyyətin yüksək dairələrindəki həbslər ictimaiyyətə izahat verilmədən, lakin çox vaxt Ağ evin təsdiqi və bəzən də birbaşa təkidi ilə baş verir. 

Qəzetin yazdığına görə, çox güman ki, Rodrigez bütün qərarları özü qəbul etmir. Bir neçə mənbə NYT-yə bildirib ki, o, başına silah tuşlanmış kimidir: ABŞ dəfələrlə hakimiyyət orqanları əməkdaşlıqdan imtina edərsə, Karakası yeni bir işğalla hədələyib.

Xatırlanır ki, Maduronun devrilməsindən sonrakı üç ay ərzində Rodrigez 17 naziri işdən çıxarıb, hərbi komandirləri dəyişdirib və yeni diplomatlar təyin edib. Rodrigez Maduro ilə əlaqəli ən azı üç iş adamının saxlanılmasına nəzarət edib, onun bir neçə qohumunu işdən çıxarıb və ailəsinin neft müqavilələrinə çıxışının əksəriyyətini kəsib, onların mediada görünməsinə qadağa qoyub.

Rodrigez onları özünə sadiq olan və ya onunla əlaqəli iş adamlarını dəstəkləyən insanlarla əvəz edib. Bundan əlavə, o, amerikalı investorlar üçün Venesuelanın neft və mədən sənayesinə giriş imkanı yaradıb.

Nəşrin qeyd etdiyi kimi, Venesuelada onilliklər ərzində ən böyük hakimiyyət dəyişikliyi avtoritar olaraq qalan ölkə hökumətinə daha çox şəffaflıq və ya plüralizm gətirə bilməyib. Venesuela müxalifəti iddia edir ki, Rodrigez ölkəni demokratiyaya qaytarmağa deyil, əksinə, hakimiyyətini möhkəmləndirməyə çalışır.

V. Quliyev
 

Reklam