İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçisi Yuri Tilemans futbol üzrə DÇ-2026-nın 1/16 finalında Seneqalın qapısına dubl etməklə fərqlənib.
Reyting.az xəbər verir ki, bu barədə "OptaJoe" məlumat yayıb.
Bildirilir ki, futbolçunun məhsuldar zərbələri Belçikaya 3:2 hesablı əzmkar qələbə qazandırıb.
Tilemans ikinci qolunu 120+5-ci dəqiqədə (124-cü dəqiqə 43-cü saniyədə) 11 metrlik cərimə zərbəsindən vurub. Bu qol dünya çempionatları tarixini yenidən yazıb.
Yuri dünya çempionatlarında vurulan ən gec qolun müəllifi olub. O, 2014-cü ildə 120-ci dəqiqə 49-cu saniyədə fərqlənən əlcəzairli Abdelmumen Cabunun nailiyyətini geridə qoyub.
Xatırladaq ki, məhz Belçika millisinin oyunçusu matçın ən yaxşı futbolçusu seçilib. Rudi Qarsiyanın komandası DÇ-2026-nın 1/8 finalında ABŞ ilə qarşılaşacaq.(Matc.az)