Advert
Advert

Daxili İşlər Nazirliyində yeni hakimlərlə görüş keçirilib

Tarix:
Daxili İşlər Nazirliyində yeni hakimlərlə görüş keçirilib
Reklam

Daxili İşlər Nazirliyində (DİN) vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.

Reyting.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub.

Qeyd olunub ki, bu təmasların praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.

Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.

Reklam