Advert
Advert

"Con Rembo" filmi ekranlara qayıdır

Tarix:
Reklam

Yeni lentə alınmış, məşhur "Rembo" filminin süjetlərinin davamı olan "Con Rembo" adlı ekran əsərinin prikvelində baş qəhrəmanın komandiri rolunu Hollivudun məşhur aktyoru David Harbour canlandıracaq. "Çox qəribə hadisələr" serialı ilə tamaşaçılara tanınmış Harbour filmdə mayor Trautman obrazını ifa edəcək. Bundan əvvəlki filmlərdə isə bu rolu yalnız Riçard Qrenna oynamışdı. 

Reyting.az xəbər verir ki, bu filmdə də döyüşçü Con Rembo yenidən keçmişə dönəcək. O, bu məşhur obrazın ilk ifaçısı, Hollivud ulduzu Silvester Stallonenin çəkdiyi əzabları yenidən yaşayacaq. 

Dəhşətli Vyetnam müharibəsindən dönüşündən sonra gənc əsgər Rembo sərt və tənha adama çevriləcək, lakin bununla belə, macəralar, toqquşmalar yenə də onu tərk etməyəcək. 

Yeni filmdə Rembonu baş rolun ifaçısı Noa Sentineo canlandırır. 

Məlumata görə, layihənin prodüserlərindən biri də Con Rembo obrazının ilk ifaçısı kimi canlı əfsanəyə çevrilmiş aktyor, rejissor və ssenarist, Hollivudun kino ulduzu Silvester Stallonedir.

Yeni "Con Rembo" filminin son çəkilişlərinin Taylandda tamamlandığı  bildirilir. Lakin filmin kinoteatrlarda dəqiq nümayiş tarixi hələ açıqlanmayıb.

Oqtay Qorçu

Reklam