Çin Ukrayna münaqişəsinin həlli yollarını tapmaq üçün Rusiya, Ukrayna və digər tərəflərlə əlaqə quraraq “kölgə diplomatiyası” aparır.
Reyting.az xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bildirib.
Onun sözlərinə görə, Çin Rusiya, Ukrayna və digər tərəflərlə sıx əlaqə saxlayır, “kölgə diplomatiyası” ilə fəal şəkildə məşğul olur, sülh üçün şərait yaradır və konsensus qurur.
Fu Konq həmçinin Ukraynada sülhün tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.
E. Kamal