Advert
Advert

Çin: Ukrayna böhranının yeganə həll yolu danışıqlardır

Tarix:
Çin: Ukrayna böhranının yeganə həll yolu danışıqlardır
Reklam

Ukraynadakı münaqişənin yeganə həll yolu dialoqdur.

Reyting.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə bildirib. 

Diplomat deyib ki, Ukraynanın Rusiyadakı mülki obyektlərə, o cümlədən Starobelskdəki kollecə hava hücumlarından sonra münaqişənin son zamanlar daha da gərginləşməsi fonunda Çin tərəfi çox aydın mövqe tutub: dialoq və danışıqlar böhranın həllinin yeganə yoludur.

XİN sözçüsü əlavə edib ki, Pekin münaqişədə iştirak edən bütün tərəfləri vəziyyəti tez bir zamanda deeskalasiya etmək və danışıqlar prosesinin bərpası üçün birgə işləməyə çağırır.

E. Kamal
 

Reklam