Advert
Advert

Çin süni intellekt yarışında ABŞ-a çatır

Tarix:
Çin süni intellekt yarışında ABŞ-a çatır
Reklam

Çin süni intellekt sahəsində ABŞ-a sürətlə yaxınlaşır və bunu rəqibi ilə müqayisədə təxminən 23 dəfə az xərclə bacarıb.

Reyting.az xəbər verir ki, Stanford Universiteti tərəfindən hazırlanan “AI Index 2026” hesabatına əsasən, ABŞ ilə Çin arasında mövcud neyroşəbəkələr üzrə fərq cəmi 2,7 faizə enib.

“The Next Web” nəşri xatırladır ki, 2023-cü ildə bu fərq 30 faizdən çox olub.

Hazırda qlobal bazarda əsas lider ABŞ modeli “Claude Opus 4.6” hesab edilsə də, Çin modeli “Dola-Seed-2.0” ondan cüzi fərqlə geri qalır.

2025-ci ildə ABŞ-da süni intellektə yönələn özəl investisiyaların həcmi 285,9 milyard dollar təşkil edib. Çində isə bu sahəyə yatırımlar 12,4 milyard dollar olub.

Çin daha aşağı xərcləri müxtəlif üsullarla kompensasiya edir. Ölkə dünya üzrə süni intellekt patentlərinin 70 faizinə nəzarət etməklə yanaşı, sənaye robotlarının tətbiqini də sürətlə genişləndirir. Bu isə böyük enerji resurslarına nəzarət sistemlərinin formalaşmasına şərait yaradır. Eyni zamanda, Çinin bu sahədəki inkişafı ABŞ-a xarici mütəxəssislərin axınının 89 faiz azalmasına təsir göstərib.

Mütəxəssislər bildirirlər ki, nəticə etibarilə ABŞ hələlik lider mövqeyini qorusa da, Çin daha az xərclə, kapitala qənaət edərək eyni səviyyəyə yaxın texnologiyalar yaratmağa nail olub.

Oqtay Qorçu
 

Reklam