Advert
Advert

Çin rekord sayda elektrik avtomobili satıb 

Tarix:
 Çin rekord sayda elektrik avtomobili satıb 
Reklam

2024-2025-ci illər ərzində Çin istehsalı olan “BYD” markalı 2,56 milyon ədəd avtomobil satılıb. Bununla, “BYD” dünyada ən çox tələbat olan elektromobil markalarından biri olub.

Reyting.az xəbər verir ki, bu ilin statistikasına görə, Çinin avtomobillərini, onların güclü rəqibləri sayılan "Geely", eyni zamanda "Tesla" kimi məşhur markalar izləsələr də, istəklərinə nail ola bilmirlər. Bu şirkətlərə məxsus olan, o cümlədən Avropa və ABŞ-da istehsal edilən elektrik maşınları dünya bazarında rekord səviyyədə satışlar həyata keçirən Çin istehsalından dəfələrlə geri qalırlar. 

Ekspertlər bildirirlər ki, güclü daxili bazar, iri istehsalat həcmi və təchizat zəncirinin effektivliyi Çin istehsalçılarının sürətli artımını təmin edir. 

Statistik məlumatda qeyd olunur ki, Çin elektromobilləri Latın Amerikasında və Asiya bazarlarında da aktiv şəkildə yayılır.

ABŞ-ın və Avropanın məşhur istehsalçıları olan "Volkswagen", "BMW" və "Stellantis" kimi avtomobil markaları da ilk onluqda yer alıblar, lakin ümumi bazar satışı həcmlərinə görə  sözügedən bu elektrik maşınları Çin istehsalından geri qalırlar.

Mütəxəssislər bildiriblər ki, artıq ABŞ və Avropa istehsalı olan avtomobillər dünya bazarından sıxışdırıb çıxaran, həmçinin ilk onluqda yer almaqla, üstünlük təşkil edən, qlobal elektromobil liderliyi hazırda Çinin əlindədir.

Oqtay Qorçu
 

Reklam